50-ci ev məğlubiyyəti

50-ci ev məğlubiyyəti
19:42 25 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XXVII turunda "Kəpəz"lə qarşılaşan AZAL öz meydanında 1:2 hesabı ilə məğlub olub.

PFL-dən Milli.Az-a verilən məlumata görə, bu yenilgi paytaxt təmsilçisinin tarixinə mənfi mənada yubiley kimi düşüb. Bakılılar ev oyunlarında 50-ci dəfə məğlub olub. Bu qarşılaşmayadək 49 dəfə öz meydanında uduzan AZAL mövsümün son ev oyununda 100-ü yarılayıb.

2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən komanda öz meydanında ümumilikdə 180 oyun keçirib. 82 qələbə və 48 heç-heçəsi olan paytaxt klubu 231 qol vurub, 160-nı buraxıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR