Rusiya üçün QARABAĞ ALOVU, “Müharibəyə hazırıq!”... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya üçün QARABAĞ ALOVU, “Müharibəyə hazırıq!”... - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 25 Aprel 2017
137 Digər
Ölkə mətbuatı
A- A+

Aprelin 27-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Ermənistan hərbi birləşmələri cəbhədə atəşkəsi yenidən pozub. Ermənilər Gürcüstanda separatizmi qızışdırmaq istiqamətində aktiv fəaliyyətə başlayıb. AŞPA-nın Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında anti-Türkiyə hesabatını qəbul edib. Koreya yarımadası ətrafında gərginlik davam edir. ABŞ Yaponiya və Cənubi Koreya ilə birgə hərbi dəniz təlimləri keçirib.

Ermənistan hərbi birləşmələri cəbhədə atəşkəsi yenidən pozub. Azərbaycan Ordusunun cavab atəşi nəticəsində Ermənistan Ordusu itki verib. Ermənistan ordusunun 1997-ci il təvəllüdlü əsgəri Amayk Artünyan aprelin 24-də saat 17:50-də aldığı ölümcül güllə yarası nəticəsində ölüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, erməni hərbi birləşmələri 24-dən 25-nə keçən gecə də atəşkəsi pozmaqda davam edib. Düşmən cavab atəşi ilə sudurulub.

Aprelin 27-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu görüş Dağlıq Qarabağ münaqişəsində dalana dirənmiş danışıqların yenidən başlaması istiqamətində mühüm addım ola bilər.

Üçtərəfli formatda görüşün keçirilməsini rəsmi Bakı təklif edib. İndiyə qədər bu təklif iki dəfə irəli sürülsə də, İrəvan razılaşmırdı. Lakin sonradan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da belə görüşə ehtiyac olduğunu qeyd edib.

Bu, Ermənistanın danışıqlar masasına gətirilməsi deməkdir.

İki gün sonra Qarabağ üçün nələr olacaq? - Diplomatik mənbə “RUS PLANI”NI AÇDI

Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” adlı qəzetində Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi haqqında geniş məqalə dərc olunub. Plexanov adına RİU-nun politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Nikolayeviç Perenciyevin müəllifi olduğu məqalədə bildirilir ki, Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır.

Rus elm xadimi: “Qarabağ alovu müasir Rusiya üçün dərs olmalıdır”

“Dağlıq Qarabağ münaqişəsi tədricən güzəştlər yolu ilə həll oluna bilər. Məsələn Ermənistan nəqliyyat-kommunikasiya qarşılığında rayonları qaytara bilər”. Bu barədə “Karnegi” fondunun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə eksperti Tomas de Vall deyib.

“Ermənilər anlamalıdır ki...” - Qarabağ münaqişəsinin həlli üçün YENİ TƏKLİFLƏR

Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur”. Bunu Fransa prezidenti Fransua Olland qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Olland Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həllinin tapılmasına səy göstərdiyini deyib.

“Bu münaqişə hər il gənc insanların həyatını alır. Son zamanlar, münaqişə daha da kəskinləşdi, sıx hücumlar oldu. Doğrudur, tərəflər artıq 23 ildən çoxdur ki, danışıqlar aparır, lakin həll variantı tapılmayıb, çünki status-kvo qəbuledilməzdir”, - deyə o bildirib.

Fransada prezident seçkilərinin ilk turunda 24,01 faiz səs alaraq ilk yeri tutan Emmanuel Makron isə Türkiyə əleyhinə bəyanatla çıxış edib. Makron prezident seçiləcəyi halda 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyacağını söyləyib.

1915-ci il hadisələri ilə bağlı Parisdə keçirilən mərasimdə çıxış edən prezidentliyə namizəd eyni zamanda qalib gələcəyi halda Türkiyənin Avropa İttifaqına üzvlük müzakirələrində irəliləyiş olmayacağını da vurğulayıb.

Ermənilər Gürcüstanda separatizmi qızışdırmaq istiqamətində aktiv fəaliyyətə başlayıb. “Kavkazplus” saytı ermənilərin Azərbaycanda etnik qruplar arasında separatizm toxumu səpdiyi kimi, eyni addımları Gürcüstanda da atdığını yazıb.

“Ermənilər Azərbaycanda talış və ləzgilər arasında satqınları taparaq, onlara maliyyə dəstəyi ayırır, xüsusilə media sahəsində kömək edir. Misal üçün, işğal olunmuş Şuşada yaradılan “Talışıstanın səsi” radiosu belə layihələrdəndir. Bu işi İrəvan rejimi və erməni lobbisi həyata keçirir. Erməni lobbisi analoji addımları Gürcüstana qarşı da atmağa başlayıb”, - deyə sayt yazır.

Tiflisə qarşı Azərbaycan ssenarisi işə salındı: “Kvazidövlət” PLANI və ERMƏNİ OYUNU

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sincar bölgəsində PKK terror təşkilatına qarşı ilk dəfə hava əməliyyatı təşkil edib. Baş qərargahdan verilən məlumata görə, aprelin 25-də gecə saat 02:00 radələrində həyata keçirilən əməliyyatda terror təşkilatının mövqeləri tam dəqiqliklə məhv edilib.

Qeyd edək ki, Sincar bölgəsi PKK-nın “İkinci Qəndili” adlandırılır. PKK-nın əsas qərargahı hesab olunan Qəndil dağlarının ağır bombardmanlarından sonra terror təşkilatının lider heyəti və döyüşçülərin əsas hissəsi Sincarda cəmlənib.

Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın Sincar bölgəsində PKK terror təşkilatına qarşı hava əməliyyatı keçirməsi təşkilatın Suriya qanadı olan PYD-də şok effekti yaradıb. PYD-nin həmsədri Saleh Müslim koalisiya güclərini köməyə çağırıb.

“Terrorla mübarizə aparan bir xalq kürəyindən bıçaqlanır. Koalisiya gücləri səssiz qalmamalıdır. Kimsə bu hücumları qəbul edə bilməz” , - terror təşkilatının lideri beynəlxalq koalisiyaya yalvarıb.

AŞPA-nın Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti" adlı hesabat layihəsi qəbul edilib. Sənəddə Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunmuşdu. Hesabat Türkiyədəki son Konstitusiya referendumundan sonra ölkə üzrə məruzəçilər tərəfindən hazırlanıb.

Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib və Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb.

Sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentar səs verib.

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyə ilə bağlı skandal qərarına sərt reaksiya verib. Nazirlikdən verilən yazılı açıqlamada qərarın terror təşkilatlarına xidmət etdiyi bildirilib.

“Ölkəmiz PKK, FETÖ və İŞİD kimi ən qanlı terror təşkilatlarına qarşı eyni anda mübarizə aparmaqdadır. Ölkəmiz beynəlxalq öhdəliklərinə bağlı qalaraq Konstitusiya quruluşu və xalqın varlığını hədəf alan təhlükələrə qarşı lazımı və mütənasib tədbirlər görür. Bu, bir dövlətin ən əsas missiyası və qanuni haqqıdır. Bu qərar, başda FETÖ olmaqla yalnız ölkəmiz deyil, bütün Avropa sisteminə və dəyərlərinə təhlükə yaradan terror təşkilatlarına xidmət edəcək”, - bəyanatda deyilir.

Qeyd edək ki, Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi. Beləliklə, Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.

Koreya Xalq Demokratik Respublikası Vonsan liman ərazisində ən böyük artilleriya təlimlərini keçirib. Təlimlərdə ölkə başçısı Kim Çen Inın da iştirak etdiyi təxmin edilir.

Qeyd edək ki, bu gün Şimali Koreya ordusunun yaranmasının 85-ci ildönümü qeyd olunur. Ekspertlər qeyd edirlər ki, Koreya yarımadası ətrafında gərginlik bu gün pik nöqtəsinə çata bilər. Pxenyannın bu gün altıncı nüvə sınağını keçirə biləcəyi deyilir.

“Aegis” erkən xəbərdarlıq sistemləri ilə təchiz edilmiş ABŞ-ın və Yaponiyanın hərbi gəmiləri Şimali Koreyanın ballistik raketlərinin zərərsizləşdirilməsi üzrə təlimlər keçirib. Birgə təlimlər Yapon dənizində keçirilib.

“Müharibəyə hazırıq!” - ABŞ-dan SİQNAL

Amerika Suriyanı bombalamasından sonra ləğv olunan “ABŞ və Rusiyanın Suriyadakı hava əməliyyatlarını tənzimləyən” protokol yenidən qüvvəyə minib. Bu barədə Rusiyanın “İzvestia” nəşri Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, ABŞ-ın Dövlət katibi Reks Tillerson Moskvaya səfəri zamanı protokolun təkrar qüvvəyə minməsi ilə bağlı ölkəsinin tələbini irəli sürüb.

Bu tələbdən sonra, iki ölkənin təyyarələrinin Suriyanın hava məkanında qarşı-qarşıya gəlməsini önləyən protokol 13 apreldə yenidən qəbul edilib.

Moskva Suriya probleminin siyasi yolla həll edilməsi variantlarından imtinaya qarşı müqavimət göstərəcək. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

O, Rusiyanın Suriyada hakimiyyət dəyişikliyi cəhdlərinə imkan verməyəcəyini bildirib.

CNN televiziyasının xəbərinə görə, ABŞ Estoniyaya F-35 təyyarələrini yerləşdirəcək. Vaşinqton həmçinin F-35-lərin bir qismini Rumıniyada da yerləşdirəcək.

Venesuelada prezident Nikolas Maduraya qarşı etiraz aksiyaları davam edir. Baş prokurorluğun məlumatına görə, dünən baş verən qarşıdurmalarda daha üç nəfər həlak olub.

Bununla da qarşıdurmalarda ölənlərin sayı 24 nəfərə çatıb, yüzlərlə insan yaralanıb.

Qeyd edək ki, prezident ötən gün konkret tarix açıqlamasa da, daha əvvəl təxirə salınmış bələdiyyə seçkilərini keçirməyə hazır olduğunu elan edib. Venesuela prezidenti həmçinin, hökumət və müxalifət arasında dialoqun yenilənməsinə hazır olduğunu deyib. Əvvəlki danışıqlar Vatikanın vasitəçiliyi ilə aparılırdı. Amma danışıqlar ötən ilin dekabrında nəticəsiz başa çatıb. Hakimiyyət növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalını qəti surətdə istisna edir.

Artıq bir neçə aydır ki, Venesuela dərin siyasi böhrandadır. Mühafizəkar və sağ müxalifət dövlət başçısını ciddi iqtisadi problemlərdə ittiham edir. Müxalifət Maduronun prezident postundan kənarlaşdırılması haqqında referendumun keçirilməsini tələb edir. Prezidentin səlahiyyət müddəti 2018-ci ildə başa çatır.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/196440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR