Mövsümün ikincisi

Mövsümün ikincisi
20:12 25 Aprel 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasının XXVII turu məhsuldarlığı ilə diqqət çəkib. İki gün davam edən turun 4 qarşılaşmasında 17 qol vurulub.

PFL-dən Milli.Az-a verilən məlumata görə, orta məhsuldarlığın 4,25 olduğu turda mövsümün ikinci göstəricisi qeydə alınıb. Mütləq rekord isə ötən il sentyabrın 9-11-də keçirilən IV turda yaşanıb. Həmin vaxt 4 matçda 19 qol, orta hesabla 4,75 top vurulub.

Meydan sahiblərinin 9, qonaqların 8 top vurduğu XXVII tur məhsuldarlıqda geri qaldığı 7 ay əvvəlki oyunları bir məqamda geridə qoyub. IV turda 8 komandanın heç də hamısı fərqlənməmişdisə, bu dəfə bütün komandalar qol sevinci yaşayıb. "Qarabağ" - "Sumqayıt" (2:1), AZAL - "Kəpəz" (1:2), "Zirə" - "Neftçi" (2:2) və "Qəbələ" - "İnter" (4:3) qarşılaşmalarında meydana çıxan bütün komandalar qol vura bilib. Mövsümün arxada qalan hissəsində yalnız bir dəfə belə hal yaşanmışdı. Bu, bütün komandaların fərqləndiyi XV turda baş verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538665.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR