"Sınıq Körpü"də kütləvi dava düşüb, gömrük işçisi döyülüb

"Sınıq Körpü"də kütləvi dava düşüb, gömrük işçisi döyülüb
20:12 25 Aprel 2017
120 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax. 25 aprel. REPORT.AZ/ Qazax rayonunda Dövlət Gömrük Komitəsinin (DGK) işçisi döyülüb. 
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında "Sınıq Körpü" gömrük-keçid məntəqəsində dispetçer işləyən Qazax rayon İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəşad Həmid oğlu Musayev ilə Gürcüstan vətəndaşları arasında mübabisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman hadisə yerinə gələn gömrük işçisinin qardaşı, 1982-ci il təvəllüdlü Tural Musayev də döyülüb. Hər iki qardaş müxtəlif bədən xəsarətləri alaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara həkimlər tərəfindən tibbi yardım göstərilib və qardaşlar travmatologiya şöbəsinə yerləşdirilib. 
Xəstəxanadan verilən məlumata görə, Rəşad və Tural Musayevlərin vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/siniq-korpu-de-kutlevi-dava-dusub-gomruk-iscisi-doyulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR