Səyyad Salahlı: "Dini icma sədrləri İslam həmrəyliyinin təbliğində fəal olmalıdırlar"

Səyyad Salahlı: "Dini icma sədrləri İslam həmrəyliyinin təbliğində fəal olmalıdırlar"
20:27 25 Aprel 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Göyçay rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Göyçay Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Komitədən "Report"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, müasir dövrdə İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı var.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı deyib ki, çağdaş dünyamız olduqca gərgin günlərini yaşamaqdadır, lakin qlobal siyasi və hərbi kataklizmlərə baxmayaraq, Azərbaycan “sabitlik adası” olaraq qalmaqdadır.
O, eyni zamanda dini icma sədrlərini İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.
Daha sonra çıxış edən Göyçay Rayon Polis Şöbəsinin rəisi Sənan Əsədov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon ağsaqqallar şurasının sədri Səfər Qəniyev, tarix müəllimi Qənirə Paşayeva, QMİ-nin Göyçay və Ucar rayonları üzrə səlahiyyətli nümayəndəsi Rəsul Kazımov və dini icma sədri Müşviq Əsgərov da Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamını ciddi əhəmiyyətə malik təşəbbüs kimi dəyərləndiriblər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.



Xəbərin orijinal ünvanı: https://report.az/din/seyyad-salahli-dini-icma-sedrleri-i-slam-hemreyliyinin-tebliginde-feal-olmalidirlar-1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR