Terrorçulara pul yığan 450-dən artıq sayt bağlandı

Terrorçulara pul yığan 450-dən artıq sayt bağlandı
20:33 25 Aprel 2017
78 Dünya
Ölkə mətbuatı
A- A+

“Ötən il Suriyadakı qanunsuz silahlı birləşmələrə dəstək məqsədi ilə maliyyə vəsaiti yığan 450-dən artıq internet səhifəsi Rusiyada blok edilib”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya baş prokuroru Yuri Çaykanın hesabatında deyilir.

Bildirilir ki, 2016-cı ildə prokurorlar tərəfindən 188 tələb hazırlanıb: “Bu tələblərə əsasən rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya sahələrinə nəzarət üzrə Federal Xidmət 1188 internet resursunu blok edib və 18 min 430 saytdan məlumatlar silinib. Prokurorluğun tələbi ilə Rusiyada qadağan edilmiş İŞİD, “Qafqaz Əmirliyi” (“İmarat Kavkaza”) kimi təşkilatlara məxsus saytlara giriş məhdudlaşdırılıb. Ekstremizmə və terrorizmə çağırış edən saytlarla bağlı hüquq-mühafizə orqanlarına 5 qətnamə göndərilib və onlara əsasən 4 cinayət işi açılıb”. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196450.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR