Brüs Li Azərbaycanda

Tamaşaçıların intizarla gözlədiyi “Brat Li” bədii filmin təqdimat günü bəlli olub.

Layihənin mətbuat katibi Fuad Mədətov bildirib ki, “As Media” və “NR production”un istehsalçısı olan və bütün hüquqları adıçəkilən şirkətlər tərəfindən qorunan ekran işi 12 maydan etibarən Azərbaycan kinoteatrlarında yayımlanacaq.

Film “CinemaPlus - Ganclik Mall”, “CinemaPlus - 28 Mall”, “CinemaPlus - Aygun City”, “Nizami Kino Mərkəzi, “Azərbycan” kinoteatrı və Gəncə şəhərində yerləşən “CinemaPlus Xəmsə” kinoteatrında nümayiş olunacaq.

Məşhur döyüş ustası və aktyor Brüs Linin qüsursuz bənzəri olan Əfqanıstan vətəndaşı Abbas Əlizadə komediya və ekşn janrında olan “Brat Li” filmində eynilə Brüs Lini canlandırıb.

Ekran əsərində Azərbaycanın əməkdar artistləri Məlahət Abbasova, Sabir Məmmədov, Təvəkkül Əliyev, o cümlədən Azərbaycanın Fəxri Mədəniyyət işçisi Rüfət Nəzər, yumorist-aktyor İlkin Misgərli, rəqqasə Oksana Rəsulova, meyxana ifaçısı Oqtay Kamil, aktrisa Delya Fərəcullayeva, aktyorlar Nofəl Şahlaroğlu və Cavanşir Məhərrəmov rol alıblar. Həmçinin layihənin mətbuat katibi Fuad Mədətov da filmə çəkilib.

Paytaxt Bakı ilə yanaşı, Azərbaycanın səfalı bölgələrində çəkilən filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə, ideya müəllifi Ruslan İsmayılovdur.

“Brat Li” film layihəsinin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az xəbər portallarıdır. // Trend



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR