"Sınıq Körpü"də kütləvi DAVA: Gömrük işçisi döyüldü

"Sınıq Körpü"də kütləvi DAVA: Gömrük işçisi döyüldü
20:57 25 Aprel 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Qazax rayonunda Dövlət Gömrük Komitəsinin (DGK) işçisi döyülüb. 

Milli.Az report.az-a istinadən bildirir ki, bu gün axşam saatlarında "Sınıq Körpü" gömrük-keçid məntəqəsində dispetçer işləyən Qazax rayon İkinci Şıxlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəşad Həmid oğlu Musayev ilə Gürcüstan vətəndaşları arasında mübabisə yaranıb. Mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Bu zaman hadisə yerinə gələn gömrük işçisinin qardaşı, 1982-ci il təvəllüdlü Tural Musayev də döyülüb. Hər iki qardaş müxtəlif bədən xəsarətləri alaraq Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Onlara həkimlər tərəfindən tibbi yardım göstərilib və qardaşlar travmatologiya şöbəsinə yerləşdirilib. 

Xəstəxanadan verilən məlumata görə, Rəşad və Tural Musayevlərin vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/538717.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR