Əl-ələ vəfat etdilər

77 il birlikdə yaşadılar və eyni gündə öldülər.

Metbuat.az xəbər verir ki, Frenk Dod və Coys adlı britaniyalı cütlük eyni gündə xəstəxanada vəfat edib.

Xəstəxanaya yerləşdirilən həyat yoldaşını hər gün ziyarətə gedən Coys özü də xəstəxanalıq olub.

Həkimlər onların çarpayılarını yaxınlaşdıraraq, son anlarını birlikdə keçirmələrinə yardım edib. Cütlük əl-ələ dünyaya vida edib.

17 yaşında evlənən Dod və Coysın 5 övladı, 12 nəvəsi, 10 nəticəsi, 2 kötücəsi var.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR