Yeniyetmə müsəlman qız atasına hicabı açmaq istədiyini deyib və... - FOTO

Yeniyetmə müsəlman qız atasına hicabı açmaq istədiyini deyib və... - FOTO
21:05 25 Aprel 2017
154 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Ata sənə bir şey demək istəyirəm". "Ürəyindən keçəni de". "Hə, yaxşıyam. Fikirləşirdim ki, hicabımı açmaq istəyirəm". "Əzizim, bu qərarı mən verə bilmərəm. Bu sənin qərarındır. Əgər bunu etmək istəyirsənsə et. Hər nə olursa olsun mən sənə dəstək olacağam. Hər şey yaxşıdır? Nə isə baş verib?"
Müsəlman atanın qızına hicab seçimi ilə bağlı dəstəyi internetdə geniş yayılıb.

ABŞ-ın Pennsylvania ştatında yaşayan 17 yaşlı Lamiyə, Səudiyyə Ərəbistanında yaşayan atası ilə yazışmasını Twitter hesabında paylaşıb.
Qızı atasına hicab bağlamaq istəmədiyini deyib və atası "hər nə olursa, olsun" ona dəstək olacağını bildirib.
Qrup yazışmasında bir oğlan Lamiyəyə deyib ki, əgər o baş örtüyünü açarsa, yəqin ki, atası onun başını kəsər.

Lamiyə BBC-ə bildirib ki, əslində o, baş örtüyünü açmaq istəmir.
"Bunu heç vaxt planlaşdırmamışam. Sadəcə olaraq, onun haqsız olduğunu sübut etmək istəyirdim."
Bəziləri atanın münasibətinə dəstək versələr də, digərləri eyni imkana malik olmadıqlarını dilə gətiriblər.

Bunun necə baş verdiyini Lamiyə izah edib: "Trump hakimiyyətinin mənə bir ərəb və bir müsəlman qadını kimi təsiri ilə bağlı kəskin mövqeyim var. Müsəlman olduğumu dilə gətirdikdə [qrup yazışmasında] bir oğlan bundan narahat oldu və ürəyindən keçənləri dedi."
"Atamın cavabını gördükdən sonra, mən bunun sübut olduğunu düşündüm. Bu, tamamilə əks fikirli insanlar tərəfindən səhv qəbul olunan bir şeyin sübutu idi."

Bir çoxları Lamiyəyə mesaj yazaraq ona dəstək olduqlarını bildiriblər. O deyir ki, hətta, bəziləri hicab ilə bağlı fikirlərini dəyişiblər.
"Sənin atan mükəmməl insandır, eləcə də sən," Twitter istifadəçisi @LorraineE_C ona deyib.
@cassiieakvarado adlı digər istifadəçi Lamiyəyə deyib ki, hicabını açmasın və @mochaamomma əlavə edib: "Hadisə mənə təsir etdi. Arada inam və qarşılıqlı etimad və hər şeydən öncə sevgi var."

Başqaları isə tənqidi yanaşıblar. Bir Twitter istifadəçisi deyib ki, hicabını açmaq istəyib aça bilməyən "saysız" qız var.
Cavab olaraq Lamiyə yazıb: "Bir çox qadınlar mənim paylaşımımı səhv anlayıb. Mən qadınların məcburi hicab geydiklərini nəzərdə tutmamışdım."
"Doğrudur, bir çox qadınlar buna məcburdurlar. Bu qorxuncdur və mən bunu dəfələrlə qeyd etmişəm."

O, öz seçimini diqqətdə saxlayıb: "Hicab bağlamağı mən özüm və Allah üçün seçmişəm."
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR