Xuzu və xuşu halı nə deməkdir?

Xuzu və xuşu halı nə deməkdir?
21:12 25 Aprel 2017
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Xuzu elə bir haldır ki, bəndə Allahın qarşısında bu halı duymalı və bu halın içində olmalıdır. Xuzu bəndənin Allah qarşısında təzim etdiyini bütün bədən üzvləri ilə göstərməsidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, xuzu halında olan bəndə Allahla müqayisədə nə qədər aşağı və zəif olduğunu anlayır, bunu öz duruşu, səsi ilə nümayiş etdirir. Xuşu Allahın böyüklüyünü tam dərk etməyi, Onun əzabından qorxmağı ifadə edir. Xüsusilə, namaz zamanı xuzu və xuşu halında olmaq tövsiyə olunur. Bu iki anlayış çox yaxın olsa da, aralarında bəzi fərqlərin olduğunu söyləyənlər var. Əllamə Təbatəbai qeyd edirdi ki, xuzu insanın bədən üzvlərinə, xuşu isə qəlbinə bağlıdır (bax: Əllamə Təbatəbai. Təfsir əl-mizan (farsca tərc.), 1-ci cild, səh. 201, "Bəqərə" surəsinin 46-cı ayəsinin təfsiri).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537987.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR