Soyuducunun da başa düşmədiyi dil kimə lazımdır?

Soyuducunun da başa düşmədiyi dil kimə lazımdır?
21:12 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Dilçilik ekspertləri island dilinin müasir cəmiyyətdə ölüb gedə biləcəyi barədə xəbərdarlıq ediblər.

Ölkədə ingilis dilindən istifadənin genişlənməsi, turizmdə və elektron cihazların idarə olunmasında ingilis dilinin aparıcı rolunun artması ana dilində danışan islandların sayını 400 min nəfərə endirib.

Milli.Az BBC-yə istinadən bildirir ki, İslandiya Universitetindən iqtisad professoru Asgeir Jonsson deyir ki, öz unikal dili olmadan ölkə zəka axını ilə üzləşə bilər.

"Baxın, əhalisi İslandiya qədər olan bir ingilis şəhərində daha az alim və sənətçi var. Çünki onların hamısı paytaxta axışıblar" - deyir alim.

Asgeir Jonsson bildirib ki, problemi kəskinləşdirən kompüter proqramlarının ingiliscə "danışmasıdır".

Alim deyir ki, indi hətta səslə idarə olunan soyuducu, robot və başqa cihazlarla da ingilis dilində danışmaq lazım gəlir.

Həmin Universitetdə dil eksperti işləyən Eirikur Rognvaldsson şikayətlənir ki, uşaqlar məktəbdə island dilinə elə də fikir vermirlər.

"İsland dili adamların gündəlik həyatında rolunu itirir" - deyib professor Rognvaldsson.

Professorun fikrincə, indi uşaqların dilaçma dövründə onlarla ana dilində daha az danışırlar.

Bu isə onları gələcəkdə kifayət qədər island sözü bazasına malik olmaqdan məhrum edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR