Sübh saatlarında evinizin havasını dəyişməyin

Sübh saatlarında evinizin havasını dəyişməyin
21:22 25 Aprel 2017
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Yaz mövsümündə ağacların tozlanması bəzi insanların həyatını çətinləşdirir. İfrat gigiyena, siqaret, ani hava dəyişikliyi, qidaların içindəki qatqı maddələri, dərman və kosmetika​ ilə stress allergiyanın artmasına səbəb olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər allergiyası olan insanlar üçün mühüm olan bir sıra tövsiyələr verib. Həmin tövsiyyələri aşağıda qeyd etmişik.
 
1. Olduğunuz mühitdə siqaret çəkilməməsinə diqqət edin.
 
2. Əl-üz yuyanın altı, pəncərə kənarları və vannanın ətrafını rütubət və kifdən qoruyun. Zirzəmidəsinizsə, rütubət götürən cihazlardan istifadə edin.
 
3. Havalandırılmış və təmizlənmiş çarpayı, yastıq örtüyü və pərdələrin istifadəsinə diqqət yetirin.
 
4. Filtrli tozsoran istifadə edin.
 
5. Kondisionerlərin toz filtrlərini dəyişdirin.
 
6. Yastıq, yorğan və döşəyin örtüklərini həftədə bir dəfə dəyişdirin.
 
7. Xüsusilə yataq otağında xalça istifadə etməkdən çəkinin. Digər otaqlarda da xalçanın ölçülərini kiçildin.
 
8. Hamam böcəkləri allergiyaya səbəb olur. Bunlardan xilas olmaq üçün yerə tökülən qırıntıları dərhal təmizləyərək, zibilləri toplamadan atmağa diqqət edin.
 
9. Gün ərzində toz miqdarı çox olduğu üçün sübh saatlarında evin havasını dəyişməyin.
 
10. Toz paltarlara asanlıqla hopa bildiyi üçün sübh saatlarında çölə paltar asmayın.
 
11. Gün ərzində bədəninizə yapışan tozdan xilas olmaq üçün yatmazdan əvvəl duş qəbul edin.
 
12. Ev heyvanlarının​ tükləri allergiya artırdığı üçün yataq otağı və mətbəxdən uzaq saxlamağa diqqət edin.
 
13. Dezodorant, ətirli şam, otaq spreyləri və büxurdan (tüstülü ətir) çəkinin.
 
14. GMO ərzaqlar allergiyaya təkan verdiyi üçün hər qidanı mövsümündə yeyərək, istixana tərəvəz və meyvələrindən uzaq durun.
 
15. Qatqı maddəsi tərkibli hazır qidalardan uzaq durun.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537990.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR