Kreml Kiyevin “hədiyyə”sini qəbul etdi - Donbasın ilhaqında NÖVBƏTİ ADDIM

Kreml Kiyevin “hədiyyə”sini qəbul etdi - Donbasın ilhaqında NÖVBƏTİ ADDIM
21:28 25 Aprel 2017
92 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov Ukrayna tərəfindən “Luqansk Xalq Respublikası” separatçı rejimin enerji təchizatını dayandırmasını şərh edib.

Publika.az Gazeta.ru saytına istinadən xəbər verir ki, Kremlin fikrincə, beləliklə, Kiyev şərq ərazilərini ayırır və Minsk prosesini sabotaj edir.

Hazırda separatçı rejim elektrik enerjisi ilə Rusiya tərəfindən təchiz olunur.

“Vurğulamaq istəyirəm ki, Luqansk vilayətinin elektrik təchizatının kəsilməsi Ukraynanın ərazilərin özündən zorla qopardılması yolunda daha bir addımıdır. Sözsüz ki, Rusiya humanitar fikirlərə əsaslanaraq, Donbasda yaşayan insanlar üçün bunun nəticələrini minimallaşdırmağa çalışacaq”, - Peskov deyib.

Amma Vladimir Putinin rəsmi nümayəndəsi dəqiqləşdirməyib ki, Rusiya Luqansk vilayətinin Kiyevin nəzarətində olmayan ərazilərini məhz hansı obrazla elektrik enerjisi ilə təmin edəcək. Daha əvvəl Donbas böhranının nizama salınması üzrə əlaqə qrupunda Rusiyanın nümayəndəsi Boris Qrızlov bildirib ki, Moskva artıq separatçı rejimin elektrik enerjisi ilə təminatı barədə qərar qəbul edib.

Qeyd edək ki, Ukrayna tərəfi bu gün Luqansk vilayətinə elektrik enerjisinin çatdırılmasını tamamilə dayandırıb. Qərar elektrik enerjisinə görə yaranan böyük borcla bağlıdır. Luqansk vilayətində elektrik stansiyaları Ukrayna ordusunun nəzarət etdiyi zonada yerləşir. Luqansk vilayətinin əsas stansiyası demək olar ki, münaqişə xəttində yerləşir və Ukrayna tərəfindən nəzarət edilir. Donetsk vilayətində - separatçıların nəzarətində olan ərazidə vəziyyət başqadır. Separatçılar iki energetika stansiyasına nəzarət edir. Ancaq enerjinin əlavə hissəsini Luqansk istiqamətində ötürmək mümkün deyil. Çünki, “respublikalar”ın enerji şəbəkələri bir-birinə bağlanmayıb.

Kremlin sözçüsü isə hesab edir ki, elektrik enerjisinin çatdırılması haqqında Kiyevin qərarı vəziyyəti yalnız ağırlaşdırır.

“Bu, Minsk razılaşmalarının ruhuna zidd olan addımdır. Bu qərar bizi Minsk razılaşmalarının reallaşdırılmasına yaxınlaşdırmır, əksinə, bizi son hədəfdən kənarlaşdırır”, - Peskov bildirib.

Kiyevdə bəzi siyasi müşahidəçilər regiona elektrik enerjisinin çatdırılmasının dayandırılması haqqında Kiyevin göstərişindən sonra hərbi hərəkətlərin eskalasiyasını proqnozlaşdırırlar. Rusiyalılar kimi, bir sıra Ukrayna politoloqları da hesab edir ki, Ukraynanın şərqində münaqişənin nizama salınması sadəcə prezident Pyotr Poroşenko üçün əlverişsizdir. Kiyevdə bir sıra yüksək vəzifəli məmurlar bildirirlər ki, indiki hökumət ölkənin federallaşmasına imkan verməyəcək.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR