Bu qidalar sizi 10 il cavanlaşdıracaq

Bu qidalar sizi 10 il cavanlaşdıracaq
21:57 25 Aprel 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az axşam.az-a istinadən sizi sağlam saxlayacaq və qocalmağa qoymayacaq qidaların siyahısını təqdim edir:

Kök - bu tərəvəzin tərkibində olan beta keratini bədən A vitamininə çevirir. Bunun isə gözə çox sayda faydası var. Eyni zamanda dərini qırış və erkən yaşlanma təsirlərindən qoruyur. Kökü çox bişirməməyə çalışın. Çünki çox bişirmək onun tərkibindəki qidalandırıcı vitamin və qidaları azaldır.

Sarımsaq - uyğun miqdarda yeyildikdə infeksiyaların qarşısını alır. Göbələkləri və bakteriyaları öldürücü xüsusiyyəti sayəsində bu qida təbii antibiotiklərin ən əhəmiyyətli qaynağıdır. Yaşlanma əleyhinə təsiri də var. Həmçinin xolesterolu tarazlayır, qan dövranını sürətləndirir və yüksək təzyiqin qarşısını alır. Müxtəlif xərçəng növlərinə tutulma riskini də azaldır.

Zeytun yağı - yalnız sağlam qidalanma formasının əhəmiyyətli bir parçası deyil, eyni zamanda, dəriyə qulluq baxımından da əhəmiyyətlidir. Zeytun yağının tərkibində olan alfa-linolenic turşusu dərini nəmləndirir və möhkəmləndirir, yaşlanmağın qarşısını alır. Gecə yatmazdan əvvəl bir neçə damcı zeytun yağını göz ətrafınıza tətbiq edin. Bu, dərinizi nəmləndirəcək, yumşaldacaq və qırışların qarşısını alacaq.

Pomidor - sağlamlığınız üçün çox əhəmiyyətli bir qidadır. Tərkibinə yüksək miqdarda vitamin A, C və fol turşusu daxildir. Eyni zamanda, pomidora qırmızı rəng verən likopen qırmızı şərabın tərkibində olan resveratroldan 14 qat daha güclü bir antioksidantdır. Dərini ultrabənövşəyi şüalara qarşı, ürək və damar, yoluxucu xəstəliklərə qarşı qoruyur.

Yağlı balıq - Somon, Ton, Qalxan balığına bədən hüceyrələrini yeniləyici və xolesterolu aşağı salan Omeqa-3 yağ turşuları daxildir. Bütün bunlarla yanaşı, sobada bişirilmiş qızıl balıq daha çox məsləhət görülür.

Sitrus meyvələri - C vitamini və fol turşusunun ən əhəmiyyətli qaynağıdır. Əgər sitrus bitkilərini nizamlı olaraq yesəniz, qan dövranı problemləri, ürək və oynaqlarda ağrıya səbəb olan xəstəliklərin qarşısının alınmasına kömək edərsiniz. Bununla yanaşı, boş mədəyə limon suyu içmək də qalın bağırsağınızı təmizləyəcək və bədəninizdə detoks təsiri yaradacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538734.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR