Quranda Allahın əlindən danışılır: bunun izahı nədir?

Quranda Allahın əlindən danışılır: bunun izahı nədir?
22:12 25 Aprel 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Qurani-Kərimdə işlədilən "Allahın əli" ifadəsi məcazi məna daşıyır. Bu ifadə bəzi ayələrdə Allahın qüdrətini ifadə edir. Məsələn: "...Allahın (qüdrət) əli onların əllərinin üstündədir..." (Fəth, 10). "(Allah) buyurdu: "Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu?.."  (Sad, 75). "...Halbuki qiyamət günü yer bütünlüklə Onun ovcunun içində olacaq, göylər isə Onun sağ əli ilə büküləcəkdir..." (Zümər, 67). "Hökm əlində olan Allah nə qədər ucadır. O, hər şeyə qadirdir!" (Mülk, 1). "...Xeyir yalnız Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən!" (Ali-İmran, 26).

Milli.Az islam.az-a istinadən bildirir ki, daha bir ayədə isə "Allahın əli" ifadəsi Allah-Təalanın səxavətini bəyan edir: "Yəhudilər dedilər: "Allahın əli bağlıdır!" Bu dedikləri sözə görə onların öz əlləri bağlandı və lənətə gəldilər. Xeyr, Allahın əlləri açıqdır, istədiyi kimi lütf (və ehsan) edər..." (Maidə, 64).

Bu qəbildən olan ayələrə mütəşabeh ayələr deyilir. Möhkəm ayələrdən fərqli olaraq, mütəşabeh ayələr mütləq və hərfi mənada qəbul edilə bilməz, bu ayələr izah tələb edir və simvolların dili ilə şərhə ehtiyaclıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537988.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR