Yatmazdan əvvəl hansı qidaları yemək olmaz?

Yatmazdan əvvəl hansı qidaları yemək olmaz?
22:22 25 Aprel 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Yuxu və pəhrizlə bağlı aparılan araşdırmalarda, daha az yuxunun aclıq sancılarını artırdığı müəyyən edilmişdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, çox vaxt axşam və ya yatmadan əvvəl yediyimiz yeməklərə görə, gecə yuxuya getməkdə çətinlik çəkirik. Gecə yaxşı bir şəkkildə yuxuya getmək üçün, yatmadan əvvəl aşağıdakı qidalardan uzaq durmalıyıq.
 
Yaşıl çay

Əgər isti bir fincan yaşıl çayın sizə gözəl bir yuxu gətirəcəyini xəyal edirsinizsə, yanılırsınız. Çünki yaşıl çay kofeinsiz deyil.
Sadəcə az miqdarda kofein ehtiva etsə də, sinir sistemi, ürək və əzələ funksiyalarını oyandırmaq üçün beyindəki bəzi kimyəvi maddələrin neyromediatrlər kimi, adlandırılan hərəkətlərini təşviq etməsi kifayətdir.
 
Toyuq və proteinli qidalar
 
Toyuq yüksək zülala malik bir qidadır və yatmadan dərhal əvvəl istehlak edilibsə, sirkad ritminə (orqanizmin bioloji saatı) təsir edə bilər. Axşam yeməyində zülal baxımından zəngin qidalar yemək, gecə ərzində bədəni sakitləşdirmək əvəzinə enerjisini azaldır.
Bundan başqa, yüksək zülal və yağlı pəhrizlər yuxu apnesinə səbəb ola bilər, bu da ertəsi gün həddindən artıq yorğunluğa və narahatlığa səbəb olur.
 
Dondurma və ağır şirniyyatlar

 
Dondurma bol miqdarda yağdan ibarətdir və şəkərlə zəngindir. Bədənin piyləri yandırması üçün kifayət qədər vaxt olmaması və sizi narahat edə biləcəyi səbəbilə yatmadan əvvəl dondurmadan uzaq durun.
Bundan başqa, digər yağlı və qızarmış qidaları istehlak etmək, dağınıq bir yuxuya səbəb ola bilər.
 
Şokolad
 
Xüsusilə südlü şokolad, dopamin, həyəcan və narahatlıq gətirən bir xəbərdarediciyə çevrilən amin turşusundan ibarətdir. Tünd şokolad, südlü və ya ağ şokolad nisbətinə daha çox kofein ehtiva edir və bəzi şirkətlərin məhsullarında bir fincan qəhvədən daha çox miqdarda aşkar edilir.
Həmçinin ürəyin ritmik sürətini artıran və yuxusuzluğa səbəb olması kimi tanınan teobromin də ehtiva edir.
 
Ədviyyatlı yeməklər

Rozmarin və xardal kimi kəskin ədviyyatlar orqanizminizin temperaturunu yüksəldərək, sizi narahat vəziyyətə sala bilər. Bunlar turşu və mədə qıcqırmasına səbəb ola bilər. Bu da bütün gecə tez-tez yuxudan oyanmağa səbəb ola bilər.
Sarımsaq da isti ot kimi tanınır və ədviyyatlı qidalar kimi, bu da, mədə qıcqırmasına səbəb ola bilər.
 
Pendir
 
Pendir beyini təşviq edən və bütün gecə oyaq qalmağınızı təmin edən gizli bir tiramin mənbəyidir və bir amin turşusu növündəndir. Bəzi insanlarda miqrenə də səbəb ola bilər. Parmesan, brie (Fransanın kifli pendiri), gouda, çedar və digər sərt pendirlərdən uzaq durun.
 
Əgər yatmazdan, təxminən üç saat əvvəl yemək yesəniz, daha az narahat olarsınız.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537992.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR