Su festivalı Qaxda

Su festivalı Qaxda
22:33 25 Aprel 2017
147 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Xəzərdən başlayan su səyahəti”nin növbəti estafetini aprelin 25-də Qax rayonu qəbul edib.

Publika.az xəbər verir ki, axşam saatlarında Qax şəhərinin mərkəzi meydanında su festivalı keçirilib.

Tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, aprelin 5-də Prezident İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Qax sakininə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Qax rayonunadək keçdiyi səyahət yoluna, o cümlədən su səyahətinin Qax mərhələsinə nəzər salınıb.

Sonra “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Ram-rama şəlaləsindən su ilə dolduraraq Qax şəhərinin mərkəzi meydanına gətirən yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı Əli Əminzadə, sərbəst güləş üzrə SSRİ idman ustası Məmməd Qasımov və Qax məktəblisi Ayşən Hüseynova alqış sədaları altında səhnəyə dəvət olunub. Festival iştirakçıları onları coşqu ilə qarşılayıblar.

Mərasim iştirakçıları IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri, əməkdar artist Tünzalə Ağayevanın, Arzu Dunusovanın ifalarından, “Mirvari” və “Pesvebi” rəqs qruplarının çıxışlarından böyük zövq alıblar.

“Su festivalı” su effektləri, lazer şousu və atəşfəşanlıqla başa çatıb. (AZƏRTAC)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/196462.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR