Yatarkən hansı duanın oxunması məsləhətdir?

Yatarkən hansı duanın oxunması məsləhətdir?
22:47 25 Aprel 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Yatmazdan əvvəl dəstəmaz almaq müstəhəbdir. Hədislərdə deyilir ki, kim yatmazdan əvvəl İxlas (Qül hüvəllah) surəsini oxusa, Allah min mələyi təhkim edər ki, həmin gecə onu qorusunlar. Yatmazdan əvvəl Kafirun, Fələq və Nas surələrini oxumaq, ayətül-kürsini söyləmək, çoxlu istiğfar etmək, kəlmeyi-şəhadəti demək, xüsusilə, "la ilahə illəllah" cümləsini çoxlu təkrar etmək savabdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, Peyğəmbər bu duanı yatmazdan əvvəl oxumağı İmam Əliyə (ə) tövsiyə etmişdi: "Sübhan Allahi vəl-həmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim" (Tərcüməsi: "Allah hər nöqsandan uzaqdır, aləmlərin rəbbi olan Allaha həmd olsun, Allahdan başqa tanrı yoxdur, Allah hər şeydən qüdrətlidir. Güc və qüdrət yalnız uca və əzəmətli Allaha məxsusdur"). Peyğəmbər yatağına uzananda bu duanı oxuyardı: "Bismikə allahümmə əmutü və əhya" (Allahım, Sənin adınla ölür və dirilirəm).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR