Tay ata 11 aylıq qızını canlı yayımda öldürdü - FOTO

Tay ata 11 aylıq qızını canlı yayımda öldürdü - FOTO
22:57 25 Aprel 2017
174 Maraqlı
Ölkə mətbuatı
A- A+

Uşağın öldürülmə anını isə "Facebook" üzərindən anasına izlətdirdi

Tailandda ata 11 aylıq qızını facebook-un canlı yayımında amansızlıqla qətlə yetirib.

Milli.Az istipress.com-a istinadən bildirir ki,gənc, qorxunc hadisəni canlı-canlı "Facebook"da yayımlayıb.

Tailandın Phuket şəhərində yaşayan 21 yaşlı gənc, sevgilisi ilə dalaşandan sonra 11 aylıq qızını tərk edilmiş bir otelə gətirərək öldürüb, ölüm anını isə "Facebook" üzərindən canlı yayımlayaraq anasına izlətdirib. Çarəsiz qadın polisə xəbər verib. Lakin polis hadisə yerinə gəlincə atanın və qızının cəsədləri ilə qarşılaşıb. Övladını öldürəndən sonra, gənc özünü də öldürüb.   

Hadisədən sonra sözügedən kadrlar sosial şəbəkədə sürətlə yayılıb. Lakin, şikayət olunduqdan sonra bu kadrlar "Facebook"dan silinib.

Yayılan kadrlarda 11 aylıq körpənin boğazına kəndir salan bir ata görüntülənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR