AŞPA-da ciddi islahatlar aparılmasına böyük ehtiyac var

AŞPA-da ciddi islahatlar aparılmasına böyük ehtiyac var
22:57 25 Aprel 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yaz sessiyası çərçivəsində Büronun və Daimi Komitənin fəaliyyət hesabatlarının təqdimatından sonra keçirilən debatlarda çıxış edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  Azərbaycan nümayəndə heyətinin rəhbəri AŞPA-da davranış kodeksinin dəyişdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, mövcud kodeks köhnəlmiş sənəddir və bu da son vaxtlar üzləşdiyimiz xoşagəlməz hallara gətirib çıxarır.

Monitorinq məsələsinə toxunan Səməd Seyidov deyib: "Deyirsiniz ki, AŞPA-da monitorinq yaxşı prosedurdur və ölkələrlə əlaqələri genişləndirir. Belə olan halda, niyə monitorinq yalnız 12 ölkəyə tətbiq olunur? Əgər monitorinq yaxşıdırsa, dostluğu möhkəmləndirirsə, bəs onda niyə bütün ölkələrə tətbiq olunmur?"

Nümayəndə heyətinin rəhbəri diqqətə çatdırıb ki, AŞPA-nın özündə islahatlar aparılmalıdır. Qurumda islahatlar aparılmasa, heç nəyə nail olunmayacaq. Təşkilat ölkələrin daxilində dəyişikliklər etməkdə israrlıdır, halbuki onun özünün daxilində ciddi dəyişikliklər edilməsinə, islahatlar aparılmasına böyük ehtiyac var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/538745.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR