"İstərdim ki, 10 uşağım olsun" - Kirkorov

"İstərdim ki, 10 uşağım olsun" - Kirkorov
23:05 25 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Aprelin 30-da rus pop musiqisinin kralı olan Filip Kirkorovun 50 yaşı tamam olur. Doğum günü ərəfəsində o, bir neçə mətbu orqana müsahibə verib və heç vaxt demədiklərini deyib.

Milli.Az istipress.com-a istinadən bildirir ki, pop ulduz  50-nin onun üçün yalnız pasportda rəqəmlər olduğunu, özünü isə daha gənc hiss etdiyini, səhnədən yorulmadığını, qarşıdakı günlərdə hələ 10 konsert verəcəyini deyib.

Karyeradan başqa, pop ulduz uşaqları haqqında da danışıb. Ona verilən: "siz həyatda nəyi etməmisiniz və etmək istərdiniz?" sualına müğənni: "10 uşağımın və nəvələrimin olmasını istərdim. Lakin mənim peşəm elədir ki, yalnız özünlə məşğul olmalısan və yalnız özünü sevməlisən. Cilovu buraxa biləndə isə uşaqlar dünyaya gəldi". Ailədə 10 uşağın olmasını Kirkorov ideal hesab edir: "10 uşaqdan biri dahi ola bilər".

Müğənni övladlarının onun yolunu davam etdirməsini istəmir. Deyir, bunun üçün möhkəm əsəb lazımdı: "Mən istəmirəm ki, gələcəkdə övladlarım mənə görə utansınlar. Ona görə mən onlara hər bir şeyi açıq danışacam. Deyəcəm ki, bu olanlar siz doğulmazdan əvvəl baş verib. Siz doğulandan sonra isə atanızın həyatı 180 dərəcə dəyişib".

Qeyd edək ki, pop ulduzun iki övladı var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538748.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR