Müsəlman hələ İslam demək deyil

Müsəlman hələ İslam demək deyil
23:12 25 Aprel 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzən tarixə nəzər saldıqda eyni insani hadisələrə şahid oluruq, sadəcə müasir zamanın tələbatına uyğun olaraq rənglər artır.

20 il o tərəfə boylansaq, mübarək ağ-qara televizorlar yadımıza düşər. İndi də televizorlar var, sadəcə rəngləri özəldir.
Hətta insani münasibətlər belə ötənlərin təkrarıdır. Eynicinslilərin evliliyinin təbliği son iki əsrdə genişlənsə də, Lut qövmü və s. çoxdan tarixin dərinliyinə gömülüb. Qısası, bu heç də yeni bir şey deyil.
Dünyanın dini vəziyyəti də belə baxanda eynən Həzrət Əli (ə) zamanına oxşayır.
Həzrət (ə) xəlifəliyi dönəmində Cəməl, Siffeyin, Nəhrəvan döyüşlərində iştirak etmişdir ki, hər üç müharibədə qarşı tərəf də zahirən müsəlmanlar olub.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Mövlanın (ə) həyatına diqqət edəndə aydın olur ki, hər gördüyümüz müsəlman - İslam demək deyil. Ölkə islamofobları bu sözü qəribliyə salır, amma məntiq ilə düşünsələr, hər şey aydın olar.
Necə ki, yaşamboyu ətrafımızda olanların hamısına etibar etmirik və ya tanıdığımız çoxu var ki, adamdır deyə bilmirik. Odur ki, hər saqqal saxlayan dindar olmadığı kimi, hər müsəlmanam deyən də İslamın özü deyil.
Namaz qılmaq, oruc tutmaq və s. vacibləri etmək əsil İslamı təmsil etmək üçün yetərli deyil.
Əsil İslamın siması -  ibadət ilə paralel olan Haqqı tanımaqdır.
Əgər namaz və s. kimi zahiri ibadətlər əsil İslam üçün yetərli olsa idi, o zaman adı çəkilən hər üç döyüşdə əsil İslam məhv olmalı idi.
Məhz "Haqq Əli (ə) ilədir, Əli (ə) də haqq ilə" deyən Rəsulullah (ə) öncədən öz ümmətinə əsil İslamın ünvanını göstərmişdi. Düzdür, o döyüşlərdə İslam məhv olmadı ,amma çat verməkdən də yaxasını çəkə bilmədi. O gün, bu gün əsil İslam müsəlmanını əldə fənər ilə gəzirlər.
Bəli, əzizlər Şərqə baxsaq, görsənən mənzərəyə əsasən müsəlmanlar bir-birini qıra bilər, amma bu müsəlmanlardan yalnız bir cəbhəsi ən azı İslamın özünə bənzəmək istəyir. Hər nə qədər də əsil İslam nümayəndəsinə rast gəlməmisiniz, bu, o demək deyil ki, ibadət əhlinə şübhə ilə yanaşasınız.
Düzdür ki, Peyğəmbərimizin (s) vəfatından qısa müddət keçdikdən sonra ümmətin onun ailəsinə etdiklərini öyrəndikdən sonra anlamaq olur ki, onu görməyənlər onu görənlərdən daha artıqlarını edər.
Özündən sonrakı zamanı nəzərdə tutaraq, "Qardaşlarım üçün darıxıram deyən Peyğəmbər (s), həm də dünyanın sonuna kimi əsil İslam daşıyıcılarının var olacaqlarına işarə edirdi.
Əsil müsəlmanları tanımaq üçün sadəcə bir meyar var. Haqq ilə olmaq. Kimliyindən və yaşadığı məqamdan asılı olmayaraq, zalımın qarşısında olub, daim haqqı deyib, onu tələb edənlər - əsil müsəlmanlardır.
Əxlaq alimlərindən birinin çox gözəl buyuruşu var: "Müsəlmanı İslamdan ayrı tutun, minbər əhlini də məsumlardan".
Hər müsəlmanın etdiyini İslam nümunəsi qəbul etməyin. Hər axundun da haqq dediyini. İlk öncə haqqı tanıyın ki, ondan sonra haqq deyəni və haqq daşıyıcılarını da tanıyasınız.
Hər oxuyan Molla Pənah olmadığı kimi, hər namaz qılan da müsəlman deyil.
Öz zərərinə olsa belə, haqqı deməyən müsəlman, əsil İslam daşıyıcısı deyil.
Allahdan əsil müsəlman olmaq tofiqatının inayət olunması ümüdi ilə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537989.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR