Gündəlik namazlar səfərdə neçə rükət şəklində qılınmalıdır?

Gündəlik namazlar səfərdə neçə rükət şəklində qılınmalıdır?
23:17 25 Aprel 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

Şəriət baxımından səfər şərtlərinə cavab verən məsafədə və müddətdə yola çıxan adam vətəninə qayıdana kimi namazlarını qəsr şəklində qılmalıdır. Əhli-sünnə məzhəbində namazı bütöv ya qəsr qılmaq insanın öz ixtiyarındadır, amma qəsrlə qılsa daha yaxşıdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, cəfəri məzhəbində səfər zamanı namazlar mütləq qəsrlə qılınmalıdır, bütöv şəkildə qılınsa batildir. Qəsrin mənası budur ki, bütün 4 rükətli namazlar 2 rükət şəklində qılınır. Niyyətdə "filan namazı qəsrlə qılıram, qürbətən iləllah" deyilir. 2 və 3 rükətlik namazlar olduğu şəkildə, heç bir dəyişiksiz qılınır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR