Ərdoğan: "Türkiyə Rusiya və ABŞ-ı kürdlərə qarşı əməliyyatlar barədə məlumatlandırıb"

Ərdoğan: "Türkiyə Rusiya və ABŞ-ı kürdlərə qarşı əməliyyatlar barədə məlumatlandırıb"
23:27 25 Aprel 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 25 aprel. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Reuters"ə müsahibəsində bildirib ki, İraqda kürd yaraqlılarına qarşı əməliyyatdan öncə Rusiya, ABŞ və Şimali İraq Kürdüstanı daxil olmaqla tərəfdaşlarını məlumatlandırıb.
"Report" xəbər verir ki, bundan əlavə o, İraqın şimalında yerləşən Sincar şəhərində və Şimali Suriyada əməliyyatların bütün terrorçular məhv edilənədək davam etdiriləcəyini söyləyib.
Türkiyə dövlətinin başçısı əlavə edib ki, o, Sincarın Kürd Fəhlə Partiyası yaraqlıları üçün bazaya çevrilməsinə imkan verməyəcək.
"Biz tədbir görmək məcburiyyətindəyik. Biz bu istiqamətdə addım atmalıyıq. Biz bunu Rusiya və ABŞ-a demişik, biz, həmçinin İraqı da məlumatlandırmışıq. Bərzani (İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani — red.) də bu əməliyyat barədə məlumatlandırılıb", - deyə Ərdoğan agentliyə bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/erdogan-turkiye-rusiya-ve-abs-i-kurdlere-qarsi-emeliyyatlar-barede-melumatlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR