Messini 500-ə daşıyanlar

Messini 500-ə daşıyanlar
23:27 25 Aprel 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Ötən həftəsonu "El-Klasiko"da "Real"ı 2 dəfə məyus edərək "Barselona"nın heyətində vurduğu qolların sayını 500-ə çatdıran Lionel Messi ilə bağlı maraqlı araşdırma aparılıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, argentinalı superulduza hansı futbolçunun nə qədər qol ötürməsi verdiyi açıqlanıb.
 
Məlum olub ki, onun 328 qolu komanda yoldaşlarının məhsuldar ötürməsi nəticəsində qeydə alınıb. Leonu bu mənada ən çox başa düşən Dani Alveş olub. Mövsümün əvvəlində "Yuventus"a keçən braziliyalı müdafiəçi Messinin 42 qoluna assistentlik edib.
 
Bu baxımdan ikinci yeri "Barsa"nın hazırkı kapitanı Andres İnyesta tutur. O, Messiyə 34 qol pası veribsə, üçüncü pillədəki sabiq kapitan Xavi Ernandes 31 dəfə argentinalıya fərqlənməkdə kömək edib.
 
Messinin qollarının assistentləri:
Dani Alveş - 42 assist
Andres İnyesta - 34
Xavi Ernandes - 31
Luis Suares, Pedro Rodriges - hər ikisi 25
Neymar - 21
Sesk Fabreqas - 15
Aleksis Sançes - 12
Serxio Buskets, Tyerri Anri, David Vilya, Adriano Korrea - hamısı 9
İvan Rakitiç - 8
Xordi Alba, Samuel Eto, Deko - hamısı 6
Ronaldinyo, Tiaqo Motta, Kristian Telyo, Mark Bartra - hamısı 5
Zlatan İbrahimoviç, Boyan Krkiç, Yaya Ture, Martin Montoya, Arda Turan - hamısı 4
Xavyer Maskerano, Seydu Keyta, Xerard Pike - hamısı 3
Erik Abidal, İbrahim Afellay, Rafinya - hamısı 2
Aleksandr Qleb, Maksvell, Aleks Sonq, Munir El-Haddadi, Lukas Din, Serxi Roberto - hamısı 1

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR