Yüksək miqdarda mis daşıyan qidalar

Yüksək miqdarda mis daşıyan qidalar
23:42 25 Aprel 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Bədəndə olan mis çatışmazlığı bir çox xəstəliyin meydana gəlməsinə səbəb olur. Anemiya xəstəliyindən, ürək xəstəliklərinə tutulmaqdan, sümük sağlamlığının pozulmasına qədər çox ciddi problemlərə səbəb ola bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bədənin sağlam və uzun müddət vəzifəsini icra etməsi üçün digər vitamin və minerallar da olduğu kimi mis səviyyəsinin də bədəndə kafi miqdarda olması lazımdır, bunun tək həlli isə təbii yollarla mis qəbulunu dəstəkləməkdir. İndi isə, gəlin bu qidaların bəziləri ilə tanış olaq:

Göbələk: 100 qramlıq göbələk təxminən 0,9 mq mis ehtiva edir.
 
Toxumlar (susam): 100 qram küncüt toxumu təxminən 4.8 mq mis ehtiva edir. Bundan başqa günəbaxan, balqabaq, qarpız toxumları da təxminən eyni miqdarda mis ehtiva edir.

Çərəz (fındıq): 137 q çərəz təxminən 2.22 mq mis ehtiva edir.
 
Paxlalılar: 100 paxlalılar, xüsusilə noxud, təxminən 0,40 mq mis ehtiva edir.

Quru meyvə (quru ərik): 100 qramlıq quru meyvə 0,61 mq mis ehtiva edir . Bundan başqa quru üzüm, quru əncir, qurudulmuş şaftalı da mislə zəngindir.
 
Avokado: 100 qr avokado orta hesabla 0.19 mq mis ehtiva edir .

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR