Dinimiz qız qaçırmağa necə baxır?

Dinimiz qız qaçırmağa necə baxır?
23:47 25 Aprel 2017
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Ailə qurarkən valideynin xeyir-dua və icazəsini almaq çox tövsiyə edilir. Valideynin xeyir-duası ilə qurulan ailə bərəkətli və uğurlu olar. Üstəlik, bakirə qız yalnız və yalnız atasının və ya babasının razılığı ilə kəbinə daxil ola bilər.

Milli.Az islam.az-a istinadən bildirir ki, atanın ya babanın icazəsi olmadan ərə gedən bakirə qızın kəbini batildir (etibarsızdır). Qız qaçırmaq dinimizdə yaxşı qarşılanmır. Çünki bu zaman qızın valideynlərinin haqqına təcavüz edilmiş olur. Hər bir qız atasının öz qızını razılıqla ərə vermək, ona böyüklük etmək haqqı var. Hətta qız bakirə olmasa belə, qoşulub qaçarsa, valideynin haqqını pozmuş olar. Bu cür mənfi hal baş verərsə, bəylə gəlin hər ikisi tövbə etməli və valideynlərlə barışığa cəhd göstərməlidirlər. Atanın dindar ya günahkar, namaz qılan ya şərab içən olması fərq etməz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/537986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR