Kiyevdə Azərbaycan-Ukrayna münasibətləri barədə elmi toplu çapdan çıxıb

Kiyevdə Azərbaycan-Ukrayna münasibətləri barədə elmi toplu çapdan çıxıb
00:02 26 Aprel 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Kiyev. 25 aprel. REPORT.AZ/ Kiyevdə Azərbaycan-Ukrayna münasibətlərinin 25 illiyinə həsr olunmuş "Azərbaycan və Ukrayna tarix və mədəniyyətin qovşağında" adlı elmi toplu çap olunub.
"Report"un Ukrayna bürosu xəbər verir ki, onun müəllifləri ukraynalı tarixçi alim Oleq Kupçik (tarix elmləri namizədi, Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti) və Lyubov Şpakovskayadır (tarix elmləri namizədi, "İqor Sikorski adına Kiyev Texniki İnstitutu" Milli Texniki Universitetinin dosenti).
Toplu Azərbaycan və Ukrayna arasındakı diplomatik münasibətlərin 25 illiyinə həsr olunub. Kitabda Ukrayna və Azərbaycan alimlərinin Azərbaycan tarixi, Azərbaycan-Ukrayna münasibətlərinin keçmişdən müasir dövrə qədər olan siyasi, iqtisadi, sosial, mədəni və dini aspektlərinin tədqiqi ilə bağlı məqalələri yer alıb.
Elmi toplu tələbələr, müəllimlər, alimlər və Azərbaycan tarixi, Azərbaycan-Ukrayna münasibətləri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.




Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/ukraynada-azerbaycan-ukrayna-munasibetleri-barede-elmi-toplu-capdan-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR