Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz

Hər kim dünyanı dinə və dini dünyaya görə tərk edərsə, İslam yolunda olmaz
00:05 26 Aprel 2017
137 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəcəb ayının 25-i İmam Kazımın (ə) şəhadət günüdür. Bu nurani İmamdan (ə) bizə çox sayda əxlaqi tövsiyələr yadigar qalmışdır ki, onlara bir nəzər salaq.
Halal ruzi qazanmaq Allah yolunda cihad kimidir.
İmam (ə) buyurur: "Hər kim halal ruzi ardınca gedər, özünü və ailəsini (ondan) bəhrələndirər - Allah dərgahındakı mükafatı Allah yolunda cihad edən mücahidin mükafatı kimidir".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, əgər cihad olmazsa, İslam cəmiyyəti məhv olar və davamlı qalmaz. Əgər halal ruzi olmazsa, dünya həyatı pak olmaz. Necə ki, əsgər döyüş meydanında çox sayda əziyyətlər və zəhmətlər çəkir, halal ruzi qazanan insan da çox əziyyət çəkir. Halal ruzi qazanmaq - cihad etmək kimi ali bir ibadət hesab olunur.
 
Uşaq tərbiyəsi.
İmam Kazım (ə) buyurur: "Yaxşı olar ki, uşağı elə az yaşlarında, cəmiyyətə daxil olmazdan əvvəl həyatın çətinlikləri və müşkülləri ilə tanış edək ki, böyüyən zaman həyatın çətinliklərinə dözə bilsin".
Yəni, uşağı hələ kiçik yaşlarından həyatla tanış edib, çətinliklərə adət etdirmək lazımdır. Valideyn gərək övladına həyatın həqiqətlərini başa sala bilsin və onu ərköyün və hər istədiyini əldə edən böyütməsin. (Tebyan)
 
Ağıl və nəql elmi (hədis) - bəşərin əlində olan iki hüccətdir.
İmam Kazım (ə) buyurur: "Allah Təala insanların ixtiyarında İlahi din maarifini kəşf etmək və kamal yolunu getmək üçün iki dəlil qərar vermişdir. Biri əyandır, o birisi gizli. O şey ki, əyandır - peyğəmbərlər (ə) və İmamlardır (ə). O şey ki, gizlidir - ağıldır".
Əziz İmam (ə) buyurur ki, dini maarifi dərk etmək üçün ağılın olması zəruridir, ancaq kifayət deyildir. Heç kəs deyə bilməz ki, mən ancaq ağlıma etimad edirəm. Dini maarifi düzgün dərk etmək üçün ağılla yanaşı, nəql elminə də ehtiyac vardır.
 
Dünyadan axirət üçün istifadə etmək.
İmam Kazım (ə) buyurur: "Daxili istəklərə cavab vermək yolu belədir ki, onu halal dünyadan bəhrələndirəsiniz. Əlbəttə o miqdarda ki, şəninizə ziyan vurmasın, israf da olmasın. Çünki nəql edilir, hər kim dünyanı dinə və dini dünyaya görə tərk edər - İslam yolunda olmaz".
İmam (ə) buyurur ki, insanın daxili istəkləri həqiqətdir və heç kəs onu inkar edə bilməz. Bu istəklərin əgər halal olanına etidal həddə cavab verilərsə, o zaman din üçün faydalı olar. Hər kim bu istəyini öldürməyə çalışarsa - nəfsi dini mövzularda onunla həmkarlıq etməkdən boyun qaçırdacaqdır.
İmamın (ə) bu dəyərli nəsihətlərinə qulaq verək və onlardan bəhrələnək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538002.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR