"Kreml Əsədə qarşı mövqeyini dəyişib"

"Kreml Əsədə qarşı mövqeyini dəyişib"
00:29 26 Aprel 2017
113 Digər
Ölkə mətbuatı
A- A+

Moskva Suriya prezidenti Bəşər Əsədə qarşı mövqeyini dəyişib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Reuters"ə müsahibəsində deyib.

 

Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bu qənaətə gəldiyini bildirib: "Cənab Putin mənə zəng etdi və dedi ki, siz məni düzgün başa düşün, mən Əsədi müdafiə etmirəm, onun vəkili də deyiləm".

 

“Nə qədər ki, Əsəd hakimiyyətdədir, Suriyada müharibə bitməyəcək və sülh əldə olunmayacaq”, - deyə Türkiyənin dövlət başçısı əlavə edib.   

 

Kreml bundan əvvəl dəfələrlə Əsədin taleyini Suriya xalqının müəyyənləşdirməli olduğunu bəyan edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR