Sankt-Peterburq terrorunun təşkilatçıları

"İmam Şamilin batalyonu" adlı qruplaşma Rusiyanın Sankt-Peterburq şəhərində baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Metbuat.az bildirir ki, bu barədə "SITE Intelligence Group" təşkilatı məlumat yayıb.

"İmam Şamilin batalyonu" "Əl Qaidə" terror təşkilatına bağlı qruplaşmadır. Mənbənin məlumatına görə, metrodakı terror hadisəsi məhz "Əl Qaidə"nin başçısı Ayman Əl Zəvahirinin göstərişi ilə həyata keçirilib.

Qeyd edək ki, aprelin 3-də Sankt Peterburq metrosunda baş vermiş partlayış nəticəsində 14 nəfər vəfat etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR