Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub

Boliviyada qolkiper öz qapısından rəqib komandaya qol vurub
00:57 26 Aprel 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Futbol üzrə Boliviya çempionatının 12-ci turu çərçivəsində "Bolivar" və "San-Xose" komandaları arasında keçirilən oyunda ev sahiblərinin qolkiperi öz qapısından rəqibə qol vurub.
"Report" xəbər verir ki, 1:2 hesabı ilə geridə olan qonaqlar 94-cü dəqiqədə cərimə zərbəsi qazanıblar.
"San-Xose"nin qapıçısı Emmanuel Franko rəqibin cərimə meydançasına qədər gəlib, lakin top ötürmədən sonra birbaş "Bolivar"ın qapıçısı Matias Dituronun əlinə düşüb. O da fürsətdən yararlanaraq topu rəqibin boş qapısına vurub və əla qola imza atıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/boliviyada-qolkiper-oz-qapisindan-reqib-komandaya-qol-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR