Premyer Liqa:

İngiltərə Premyer Liqasında 34-cü turun növbəti görüşü keçirilib.

Metbuat.az-ın məlumatına görə, "Çelsi" "Sauthempton"u qəbul edib.

5-ci dəqiqədə Eden Azar hesabı açıb. Çox keçmədən Romeu status-kvonu bərpa edib. Ancaq "Çelsi" birinci hissəyə əlavə olunmuş dəqiqələrdə Keyhillin vurduğu qolla yenidən önə keçib.

"Zadəganlar" ikinci hissədə rəqib qapısına daha üç dəfə yol tapıblar. Dieqo Kosta dubl edərək hesab arasındakı fərqi üçə çıxarıb. Matçın əsas vaxtına əlavə olunmuş dördüncü dəqiqədə fərqlənən "Sauthempton"lu Bertrand isə yekun hesabı müəyyənləşdirib.

İngiltərə Premyer Liqası

34-cü tur

"Çelsi" - "Sauthempton" - 4:2

Qollar: Azar, 5, Keyhill, 45+1, Kosta, 53; 89 - Romeu, 24, Bertrand (90+4)

Aktivində 78 xalı olan "Çelsi" turnir cədvəlinə başçılıq edir. "Tottenhem" "mavilər"dən 7 xal geri qalır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR