ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 15 nəfər yaralanıb

ABŞ-da məktəbli avtobusu qəzaya uğrayıb, 15 nəfər yaralanıb
01:42 26 Aprel 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Amerikanın Kentukki ştatının cənub-şərqində məktəbliləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 15 nəfər xəsarət alıb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, sürücü qəfil yola çıxan maralı vurmamaq üçün sükanı döndərib və ağaca çırpılıb.
Qəza nəticəsində 14 məktəbli və sürücü yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-mektebli-avtobusu-qezaya-ugrayib-15-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR