Rəcəb Tayyib Ərdoğan:

Rəcəb Tayyib Ərdoğan "Reuters"ə müsahibə verib.

Metbuat.az RBK-ya istinadən bildirir ki, Türkiyə prezidenti Rusiya-Suriya münasibətlərinə xüsusilə yer ayırıb.

Ərdoğan Vladimir Putinin Suriyaya qarşı fikirlərində müəyyən dəyişikliklər olduğunu bildirib:

"Moskvanın Bəşər Əsədə qarşı mövqeyində dəyişikliklər var. Cənab Vladimir Putinlə telefon danışığımız oldu. O, mənə dedi ki, Əsədi müdafiə etmirəm, onun vəkili deyiləm".

Son olaraq Türkiyə prezidenti əlavə edib:

"Əsəd hakimiyyətdə olduğu müddətcə Suriyada müharibə bitməyəcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR