Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlanıb

Yasamal qəbiristanlığında gənc oğlan bıçaqlanıb
03:57 26 Aprel 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1999-cü il təvəllüdlü Xaliqzadə Elvin Rasim oğlu Z.Kərimov küçəsində yerləşən qəbiristanlıq ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisədən sonra o özü yaralı vəziyyətdə yola çıxaraq avtomobillərə əl edib və kömək istəyib. E.Xaliqzadə maşınlardan biri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Həkimlər çoxlu qan itirən yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/yasamal-qebiristanliginda-genc-oglan-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR