Erməni rus əsgərə 8 bıçaq zərbəsi endiribmiş

Erməni rus əsgərə 8 bıçaq zərbəsi endiribmiş
03:59 26 Aprel 2017
93 Digər
Ölkə mətbuatı
A- A+

Gümrüdə öldürülən rusiyalı hərbçi Dmitri Yalpayev boğaz, baş və bel nahiyəsindən 8 bıçaq zərbəsi alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilib.

 

Hərbçi ağır kəsilmiş-deşilmiş yaralardan hadisə yerində keçirib. İnsident aprelin 22-də axşam 17.00 radələrində Rusiyanın Gümrüdəki 102-ci bazasının yaxınlığındakı mağazanın qarşısında baş verib.

 Ekspertizanın rəyinə əsasən, Dmitri Yalpayevin ölümünə səbəb çoxlu qan itirməsi və travmatik şok olub. İlkin məlumata görə, qətl məişət zəminində baş vermiş münaqişə zamanı törədilib.

 

Rusiyalı hərbçini qətlə yetirməkdə ittiham olunan Arman Cancuqazyan həbs edilib.  

 

Qeyd edək ki, C.Ancuqazyan bir müddət əvvəl qismən anlaqlı və hərbi xidmətə yararsız  hesab edilib. 

 

Martın əvvəlində ekspertiza onda müəyyən psixi problemlərin olduğunu müəyyən edib. Bundan sonra o qismən anlaqlı hesab edilib və müdafiə nazirinin əmri ilə ordu sıralarından tərxis olunub.    


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273096

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR