Hitlerin nəşinin tanınmasında iştirak edən yazıçı Yelena Rjevskaya vəfat edib

Hitlerin nəşinin tanınmasında iştirak edən yazıçı Yelena Rjevskaya vəfat edib
06:32 26 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Adolf Hitlerin meyitinin tanınmasında iştirak edən hərbi yazıçı Yelena Rjevskaya 98 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə onun nəvəsi Lyubov Summ "Facebook" səhifəsində məlumat verib.
"Dostlar, o sizi xatırlayır və sevirdi", — deyə Summ yazıb.
Yelena Rjevskaya Berlinə hücumu zamanı Adolf Hitlerin axtarışında və nəşinin tanınmasında iştirak edib. O, 1948-ci ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. SSRİ-nin Yazıçılar İttifaqının üzvü idi. Rjevskaya "Berlin, may 1945", "Fevral — əyri yollar", "Yaxın yanaşmalar", "Durğu işarələri", "XX əsrin çiyinləri arxasında" kimi kitabların müəllifi idi.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/hitlerin-nesinin-taninmasinda-istirak-eden-yazici-yelena-rjevskaya-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR