"Milan" azarkeşi olan slovakiyalı model Martina Stetiarova bu klubda forma geyən ispan futbolçu Xerard Deulofeuya pərəstiş etdiyini açıqlayıb.
Karyerasına "Barselona"da başlayan Deulofeu 2015-ci ildə "Everton"a transfer olundu. 23 yaşlı istedadlı futbolçu hazırda icarə əsasında "Milan"da top qovur.
Gənc olmasına baxmayaraq, xeyli təqibçisi olan ispan futbolçu slovakiyalı model Martinanın da diqqətini çəkməyi bacarıb.
Publika.az slovakiyalı modelin Deulofeuya və "Milan"a həsr etdiyi ehtiraslı fotosessiyasını təqdim edir.