"Liderlərimizi satmaq istəmirik"

"Liderlərimizi satmaq istəmirik"
07:37 26 Aprel 2017
63 İdman
Ölkə mətbuatı
A- A+

"Lester Siti"nin baş məşqçisi Kreyq Şekspir növbəti mövsüm Avrokuboklarda iştirak etməyəcəklərinə baxmayaraq, komandanın liderlərini qorumaq istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ingilis mütəxəsis bu məsələ ilə əlaqədar fikirlərini bölüşüb.

"Burda xüsusi kollektiv var. Ambisiyalı futbolçularla heç bir problemim yoxdur. Onlar yaxşı klubdadır və əlverişli şərait əldə ediblər. Yəqin ki, qapımızı döyməyə hazırlaşan futbol agentləri var. Amma biz liderlərimizi satmaq istəmirik".

Mövsümün sonunda "Lester"i tərk etməyə real namizədlər Kasper Şmeyxel, Riyad Mahrez və Ceymi Vardidir. Sonuncu ötən yay "Arsenal"a keçməyə çox yaxın olsa da, sonra fikrindən daşınmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR