ABŞ bu gün qitələrarası ballistik raket atacaq

ABŞ bu gün qitələrarası ballistik raket atacaq
07:39 26 Aprel 2017
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi-Hava Qüvvələri bu gün ölkənin strateji nüvə qüvvələrinin əsasını təşkil edən  “Minuteman III”  qitələrarası ballistik raketi sınaqdan keçirəcək.   

 

APA-nın “Washington Examiner” nəşrinə istinadən verdiyi xəbərə görə, raket ölkənin nüvə imkanlarını nümayiş etdirmək məqsədi ilə  ABŞ Hərbi-Hava Qüvvələrinin Kaliforniya ştatındakı “Vandenberq” bazasından buraxılacaq.

 

Komandanlıq nümayəndəsi sınağın bir əvvəldən planlaşdırıldığını və Koreya yarımadasındakı vəziyyətlə heç bir əlaqəsi yoxdur.  

 

“Raket buraxılışı milli nüvə qüvvələrimizin statusunun yoxlanılması və nüvə imkanlarımızın nümayiş etdirilməsi üçün əhəmiyyətlidir”, - deyə polkovnik Con Moss bildirib.  

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/273103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR