ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirəcək

ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirəcək
08:03 26 Aprel 2017
32 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Hərbi-Hava Qüvvələri bu gün ölkənin strateji nüvə qüvvələrinin əsasını təşkil edən “Minuteman III” qitələrarası ballistik raketi sınaqdan keçirəcək.

Publika.az xəbər verir ki, raket ölkənin nüvə imkanlarını nümayiş etdirmək məqsədi ilə ABŞ Hərbi-Hava Qüvvələrinin Kaliforniya ştatındakı “Vandenberq” bazasından buraxılacaq.

Komandanlıq nümayəndəsi sınağın bir il əvvəldən planlaşdırıldığını və Koreya yarımadasındakı vəziyyətlə heç bir əlaqəsi olmadığını bildirib.

“Raket buraxılışı milli nüvə qüvvələrimizin statusunun yoxlanılması və nüvə imkanlarımızın nümayiş etdirilməsi üçün əhəmiyyətlidir”, - deyə polkovnik Con Moss bildirib. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR