Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
08:27 26 Aprel 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1949-cu il təvəllüdlü Qədirov Ramiz Əlixan oğlunun cəsədini aşkar edərək aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 21:03-də başa çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/538764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR