Venesuela Amerika Dövlətləri Təşkilatından çıxa bilər

Venesuela Amerika Dövlətləri Təşkilatından çıxa bilər
08:32 26 Aprel 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 26 aprel. REPORT.AZ/ Venesuelanın xarici işlər naziri Delsi Rodriqes bildirib ki, ölkə Amerika Dövlətləri Təşkilatından (ADT) çıxa bilər.
"Report" xəbər verir ki, bu barədə "Telesur" məlumat yayıb.
"Mən ADT-nin XİN rəhbərlərinin Venesuela ilə razılaşdırılmadan görüşü keçiriləcəyi təqdirdə ölkə prezidenti Nikolas Madurodan ölkənin təşkilatdan çıxarılması prosesini işə salmaq göstərişi almışam", — deyə Rodriqes bildirib.
Cari ilin mart ayında Maduro Venesuela və ADT arasında qarşılıqlı münasibətlərin gələcək taleyini xalq ilə müzakirə etməyə hazırlaşdığını bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuela-amerika-dovletleri-teskilatindan-cixa-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR