"Dünyanın ən yaraşıqlı məhbusu"nu ölkəyə buraxmadılar - FOTO

"Dünyanın ən yaraşıqlı məhbusu"nu ölkəyə buraxmadılar - FOTO
08:37 26 Aprel 2017
110 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Dünyanın ən yaraşıqlı məhbusu" kimi tanınan Ceremi Miks İngiltərədən deportasiya edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onun sənədlərində problem olduğu üçün London hava limanından buraxılmayıb.

ABŞ-a qayıtmalı olan Cereminin meneceri və həyat yoldaşı isə Londonda qalıblar.

Qeyd edək ki, qeyri-qanuni silah daşıdığı üçün iki il həbsxanada yatan 32 yaşlı Ceremi fotoları dünya mediasında yayıldıqdan sonra model agentliklərinin diqqətini çəkib. Həbsdən azad olan kimi təkliflər alan Ceremi bunu dəyərləndirib.

O, model kimi ilk fotolarını İnstaqramda paylaşıb. Dahs sonra Ceremi müxtəlif moda həftələrində podiuma çıxıb və brend markalar üçün fotosessiya etdirib. Kaliforniyada yaşayan C.Miks evli və iki uşaq atasıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR