Ərdoğan: "Cənab Putin mənə zəng etdi və dedi ki..."

Ərdoğan: "Cənab Putin mənə zəng etdi və dedi ki..."
08:42 26 Aprel 2017
107 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva Suriya prezidenti Bəşər Əsədə qarşı mövqeyini dəyişib. Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan "Reuters"ə müsahibəsində deyib.

Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığından sonra bu qənaətə gəldiyini bildirib: "Cənab Putin mənə zəng etdi və dedi ki, siz məni düzgün başa düşün, mən Əsədi müdafiə etmirəm, onun vəkili də deyiləm".
 
"Nə qədər ki, Əsəd hakimiyyətdədir, Suriyada müharibə bitməyəcək və sülh əldə olunmayacaq", - deyə Türkiyənin dövlət başçısı əlavə edib.   
 
Kreml bundan əvvəl dəfələrlə Əsədin taleyini Suriya xalqının müəyyənləşdirməli olduğunu bəyan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR