İşdən çıxarılmış polis rəisinə yüksək vəzifə
verildi
Daxili işlər naziri Ramil Usubov DİN-in Baş İctimai
Təhlükəsizlik İdarəsinə yeni rəis müavini təyin edib.
Nazirin sərəncamına əsasən, bu vəzifə polis polkovniki İsmayıl
Əsədova həvalə edilib.
Xatırladaq ki, bir qədər öncə Ramil Usubov İsmayıl Əsədovun
Kürdəmir Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunması ilə
bağlı sərəncam imzalamışdı.
Kürdəmirin polis rəisi işdən çıxarıldı
İ.Əsədov, həm də tez-tez iş yeri dəyişdirilən rəis kimi tanınır.
Belə ki, o, Kürdəmirdən əvvəl Nərimanova təyin olunmuş və bir ay
sonra vəzifədən azad edilmişdi. Ondan əvvəl isə Sabunçunun rəisi
olan İ.Əsədov sözügedən rayonda qohumlarının çox olduğunu əsas
gətirərək yerinin dəyişdirilməsini nazir Ramil Usubovdan istəmişdi
və istəyi nəzərə alınmışdı. (qafqazinfo)