Xərçənglərin yürüşü - FOTOLAR

Xərçənglərin yürüşü - FOTOLAR
09:33 26 Aprel 2017
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hər ilin aprel ayı Kubada rəngli "xərçəng mövsümü" ilə yadda qalır. İlk mərhələdə qırmızı, sarı rəngli xərçənglər bir yerə toplaşır. Onların sayı o qədər çox olur ki bəzən Kubada nəqliyyat sistemi iflic olur. Nəqliyyatda məhdud sayda avtomobil görmək olar. Çünki ehtiyyatsızlıq səbəbindən avtomobilin təkərləri altında yüzlərlə xərçəng əzilə bilər.

Dişi xərçənglərin dənizə doğru yürüşü ilkin mərhələni sonlandırır. Onlar il ərzində toplanan kürünü suya qoyaraq yenidən meşəyə doğru istiqamət alırlar. Şəkillərdə qorxunc mənzərə yaradan bu şou hər il minlərlə turistin diqqətini Kubaya yönəldir. Yüzlərlə qırmızı, al-qırmızı və sarı rəngli xərçənglərin öz yuvalarını tərk edərək dənizə doğru yürüş etmələri ortaya maraqlı mənzərə çıxarır.

Publika.az həmin maraqlı fotoları təqdim edir:

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/foto/196495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR