Neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb.

Metbuat.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,14% azalaraq 49,49 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,05 dollar və ya 0,10% azalaraq 52,05 dollar olub.

Neftin ucuzlaşmasına səbəb ABŞ-da fəaliyyət göstərən neft şirkətlərinin ehtiyatlarının artmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR